Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanı taxılın daşınması üçün Ukrayna limanlarının bloklanmasını dayandırmağa çağırıb.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanı taxılın daşınması üçün Ukrayna limanlarının bloklanmasını dayandırmağa çağırıb.

O, 27 üzv ölkənin xarici işlər nazirinin bu gün Lüksemburqda keçiriləcək iclasından öncə verdiyi açıqlamasında bildirib ki, Rusiyanın bu addımı “əsl müharibə cinayəti”dir.

“Biz Rusiyanı (Ukrayna) limanlarının açılmasına çağırırıq. Bu, ağlasığmazdır, təsəvvür etmək olmur ki, Ukraynada milyonlarla ton taxıl bloklanıb, dünyanın digər yerlərində isə insanlar aclıqdan əziyyət çəkirlər”, - Borrell jurnalistlərə açıqlamasında bildirib.

Borrell Rusiyanı insanların aclığından silah kimi istifadə etməkdə ittiham edib və bildirib ki, Moskva öz əməllərinə görə məsuliyyət daşımalıdır.

.