"Biz İsraili özünü İranın hücumlarından müdafiə etmək üçün güclü şəkildə dəstəkləməliyik".

Bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İtaliyada, Kapridə keçirilən G7 ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

Aİ-nin top diplomatı bildirib ki, Qərb artıq İsraili müdafiə etdiyini sübut edib: "Çünki İran tərəfindən buraxılan raketlər və PUA-lar ABŞ-ın, Britaniyanın və Fransanın hərbi imkanları hesabına zərərsizləşdirilib. Biz artıq sübut etmişik ki, bizim dəstəyimiz yalnız sözlərdən ibarət deyil. Biz İsraili hücumlardan müdafiə edirik. Lakin İsrail də yadında saxlamalıdır ki, onunla Fələstin arasında olan problem həll olunmalıdır və bu problem Fələstin xalqının hüquqları nəzərə alınaraq həll olunmalıdır".

Aİ-nin Ali Nümayəndəsi xatırladıb ki, Fələstin xalqının hüquqları BMT qətnamələri ilə tanınır.

.