“75 il əvvəl SSRİ-yə qarşı birləşmişdik, hazırda isə bunu Rusiya əleyhinə həyata keçirməliyik”.

Bunu NATO-nun sammiti çərçivəsində bəyanatla çıxış edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.

O qeyd edib ki, Rusiya hakimiyyətinin qlobal səviyyədə siyasi dominantlığı bərpa etməsinə imkan verilməməlidir:

“Rusiya indi də imperialist maraqlarından əl çəkmir, çünki Vladimir Putin qarşısına yenidən Sovet İmperiyasını, daha dəqiq SSRİ-ni bərpa etmək məqsədini qoyub. Mən bu gün çox təəssüflə bildirmək istəyirəm ki, biz həm bunu, həm də yeni çağırışlara yetərincə hazır olmadığımızı çox gec başa düşdük. Tarix təkrarlanır. Bu isə o deməkdir ki, ən güclü dövlət mükəmməl hərbi və texnoloji potensiala malik olan dövlətdir. Ona görə də biz silahlanmaya daha çox vəsait sərf etməliyik”.

Aİ-nin ali nümayəndəsi Avrozona ölkələrinin Ukraynanın hərbi potensialının güclənməsinə dəstəyini uzun müddət davam etdirəcəyini açıqlayıb:

“Biz əvvəlki kimi Ukraynanın etibarlı müdafiəsinin təminatına sadiqik. Bunu ehtiyac olduğu üçün yox, vacib olduğu üçün edirik. Ukrayna hökuməti və xalqının yanında olmaq bütövlükdə Avropanın maraqlarına uyğundur. Çünki biz bununla həm də Avropanın təhlükəsizliyini təmin edirik. Ukraynada sülh yalnız bu ölkənin suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Bunun üçün isə Rusiya öz sərhədləri daxilinə çəkilməli və qonşu dövlətlər üçün təhlükə yaratmağı dayandırmalıdır”.

Sonda Borrel əlavə edib ki, Avropa İttifaqı Ukraynadakı startap layihələrinə dəstək üçün Kiyevdə xüsusi ofisin açılmasını planlaşdırır.

.