Avropa İttifaqı dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən istifadə etməyə başlayıb. Bu çərçivədə artıq Ukraynaya və ona dəstək göstərən Aİ ölkələrinə vəsait göndərilib.
Bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Brüsseldə baş tutan Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
"Biz bu vəsait hesabına Ukraynanı daha çox hərbi texnika ilə təmin edəcəyik. Əsas odur ki, biz ilk dəfədir, birbaşa Ukrayna sənayesini maliyyələşdiririk. Artıq 1,4 milyard vəsait göndərilib", - o qeyd edib.
.