Avropa İttifaqı Ukraynaya ABŞ dəstəyini əvəz edə bilməz.

“Al Jazeera“ xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammitindən öncə jurnalistlərə açıqlamasında deyib.

O, Vaşinqtondakı çəkişmələr səbəbilə Ukraynaya dəstəyin dayanacağı təqdirdə Aİ-nin yaranmış boşluğu doldura bilməyəcəyini deyib.

“Ukraynanın Aİ-nin, həmçinin ABŞ-ın dəstəyinə ehtiyacı var. Avropa ABŞ-ı əvəz edə bilməz”, - Borrel deyib.

.