Almaniya ordusunun İsrailin İran əleyhinə müdafiəsində iştirakı gündəmdə deyil.
Yenizaman-ın “Aachener Zeitung” nəşrinə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin müdafiə naziri Boris Pistorius deyib. O bildirib ki, bunun üçün Bundestaqın razılığı vacib şərtdir.
Nazir əlavə edib ki, özü də bu məsələnin reallaşmasını mümkün saymır.
.