Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə Babək prospektində yaşanıb.

1985-ci il təvəllüdlü Əhədov Adil Rasim oğlu tanışına verdiyi borcu istəmək üçün onunla görüşüb. Tanışı ilə mübahisə əlbəyaxa dava ilə sonlanıb. Bu zaman A.Əhədova döş qəfəsi və ayağına üç bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə “AzərSuTikinti” xəstəxanasına aparılıb. O cərrahi əməliyyat edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

.