Bolqarıstan Ukraynanın kənd təsərrüfatı məhsullarına qarşı tətbiq etdiyi məhdudiyyətin müddətini uzatmayacaq.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında ("Twitter") bildirib.

"Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətləri sentyabrın 15-dən sonra uzatmamaq qərarına görə Bolqarıstana minnətdaram.

Baş nazir Nikolay Denkova və onun komandasına, eləcə də bu addımı dəstəkləyən Bolqarıstan parlamentarilərinə təşəkkür edirəm", - Ukrayna Prezidenti bildirib.

Zelenski qeyd edib ki, Bolqarıstanın bu addımı əsl həmrəylik nümunəsidir.

.