Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycana səfərə gəlib.

Yenizaman xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın səhiyyə naziri Teymur Musayev, ölkəmizin Bolqarıstandakı səfiri Hüseyn Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

.