Bolqarıstan Respublikasının prezidenti Rosen Plevneliyev birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Rosen Plevneliyevi Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar. /azertag.az/
.