Bu gün enerji təhlükəsizliyi istiqamətində ən önəmli addımlardan biri atılır.

Bunu Bolqarıstan energetika naziri Rosen Xristov Bolqarıstanın “Bulgartransgas”, Rumıniyanın “Transgas”, Macarıstanın FGSZ, Slovakiyanın “Eustream” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumunun Sofiya şəhərində keçirilən imzalanma mərasimində deyib.

“Mən çox şadam ki, Bolqarıstan bu layihənin təşəbbüskarıdır. İlk müzakirələrdən sadəcə bir neçə ay keçir və indi addımlar atılır. Mən bizi stabil platforma ilə təmin edən prezidentlərə siyasi dəstəklərinə görə təşəkkür edirəm”, - nazir vurğulayıb.

.