Cümə günü Boliviyada sərnişin avtobusunun qayaya çırpılması nəticəsində 17 nəfər ölüb.

Bu barədə "Erbol" radiostansiyasına istinadən TASS məlumat yayıb.

KİV-in məlumatına görə, 20-dən çox insan xəsarət alıb.

İlkin məlumata görə, qəza sürücünün sürət həddini aşması nəticəsində baş verib. Sürücü də hadisə nəticəsində keçinib. Qəza zamanı nəqliyyat vasitəsində ümumilikdə 50-yə yaxın insan olub.
.