Nigeriya Hərbi Hava Qüvvələri "Boko Haram” qruplaşmasının mövqelərinə zərbələr endirib.  
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava zərbələri nəticıəsində azı 6 terrorçu məhv edilib.
 
Yerli mətbuat hava zərbələri nəticəsində qruplaşma lideri Əbu Musab Əl-Barnavinin də öldürüldüyünü deyib.
 
Xatırladaq ki, "Boko Haram” qruplaşması Nigeriyanın şimalında şəriət dövləti qurmaq üçün silahlı mübarizə aparır.
 
Qruplaşma 2015-ci ilin yazında İŞİD-ə tabe olduğunu elan etmişdi.
.