
3+3 formatına qoşulmağı nəzərdən keçirmirik.
Bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili deyib.
“Gürcüstan bu formatın üzvü olmasa da, bu format hər zaman 3+3 adlandırılır. Gürcüstan bu formatın üzvü deyil. Biz bütün qonşularla əməkdaşlıq edirik. Bunun da səbəbi var, lakin Rusiya istisna olmaqla. Bunun da səbəbi var. Çünki Gürcüstanın iki regionu Rusiyanın işğalı altında qalır. Bu iki regionda hələ də Rusiyanın hərbi mövcudluğu var. Buna görə də biz bu formatda iştirakı nəzərdən keçirmirik”.
.