BMT Təhlükəsizlik Şurası ABŞ Prezidenti Donald Trampın Qəzza zolağı üçün sülh planını əhatə edən qətnaməni təsdiqləyib.

Yenizaman bu barədə CNN-ə istinadən məlumat verir.

Xüsusilə, Sülh Şurasının yaradılmasını və Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutan sənədi BMT Təhlükəsizlik Şurasının 15 üzv ölkəsindən 13-ü dəstəkləyib. Veto hüququna malik olan Rusiya və Çin bitərəf qalıblar.

Tramp "Truth Social" şəbəkəsində Sülh Şurasının yaradılmasının təsdiqlənməsi münasibətilə bütün dünyanı təbrik edib. O, bu şuraya rəhbərlik edəcəyini təsdiqləyib. Ağ Ev rəhbəri əmin edib ki, Şuraya, həmçinin bütün dünyada ən nüfuzlu və hörmətli liderləri də daxil olacaqlar.

.