Gələn il dünya planetin bütün əhalisini qidalandırmaq üçün kifayət qədər qida olmayacağı vəziyyətlə üzləşə bilər.

TASS xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Yaxın Şərq və Şimali Afrika üzrə regional direktoru Korin Fleyşer NHK telekanalına müsahibəsində bildirib.

“Bu il problem kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması səbəbindən ərzaq ala bilməmək idi, lakin gələn il biz planetin bütün əhalisini qidalandırmaq üçün kifayət qədər ərzaq olmayacağı vəziyyətdə üzləşə bilərik”, - o deyib.

Bu tendensiyanın əsas səbəbləri arasında K.Fleyşer Ukraynakı vəziyyəti, Rusiya gübrələrinin ixracının azalması və paralel olaraq fermerlərin əkinçiliklə məşğul olmasına mane ola biləcək bu növ məhsulun qiymətlərinin artmasını qeyd edib. O, həmçinin vurğulayıb ki, Pakistanda daşqınlar, Çin və Avropada quraqlıq kimi ekstremal təbiət hadisələri də qlobal ərzaq təchizatına mənfi təsir göstərə bilər.

Bundan əlavə, K.Fleyşer bildirib ki, ərzaq böhranı məsələsi gələn il – Yaponiya G7 sammitinə sədrlik edəcəyi zaman assosiasiyanın əsas gündəliyinə daxil edilməlidir.

.