BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin yeni rəhbərinin adı məlum olub.

Bu vəzifəyə Quido Ambroso təyin olunub.

O, iyulun 2-dən rəsmi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinin bundan əvvəlki rəhbəri Furio De Angelis ölkəmizdə missiyasını artıq başa vurub.
.