Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim sammiti (COP26) başa çatıb.

Bağlanış mərasimindən bir neçə saat sonra Britaniya hökuməti yekun bəyannamənin mətnini yayıb.

Sənəddə bütün ölkələrə istixana qazlarının mümkün qədər azaldılması tövsiyə olunur. Qeyd edilir ki, tərəflər gələn ildən etibarən yerli şəraiti nəzərə almaqla Paris İqlim Sazişinin müddəalarını yerinə yetirmək üçün səyləri artırmalıdırlar.

Sənədin müəllifləri həmçinin neft mənşəli yanacaqlardan istifadəni azaltmağa, yaşıl enerjiyə keçidi sürətləndirməyə çağırıblar.

Bununla belə, sənəddə kasıb ölkələrə ekologiyanın yaxşılaşdırılması üçün yardım ayrılması ilə bağlı müddəa əksini tapmayıb.

.