"Bizim əsas məqsədimiz ölkəmizdə karbon emissiyalarının azaldılması üzrə təcrübəni digər dövlətlərə paylaşmaqdan ibarətdir".

Bu fikirləri Çinin Enerji Fodunun nümayəndəsi Jing Hu bildirib:

"İqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirilən mexanizmlər nəticəsində ölkəmizdə bir sıra dövlət proqramları irəli sürülüb. Şanxay bölgəsi vacib enerji mərkəzidir. Burada kömür hasil edən mədənlər mövcuddur. Çin bu regionda həyata keçirilən tədbirlər nəticəsində 2030-cu ilədək ölkənin ekoloji cəhətdən təmiz enerji ilə təhcizat səviyyəsini 60 faizə çatdırmağı hədəfləyir. "Yaşıl Enerji"yə keçid prosesi tək bizim ölkənin deyil, bütövlükdə regionun əhalisinin və təbiətin qorunmasına xidmət edəcək"

BMT-nin İqlim Dəyişmələri üzrə layihə rəhbərlərindən Yuanfeng Vu isə Çində bu sahədə görülən tədbirlərdən danışıb:

"Biz müxtəlif sahələrdə karbon kommunikasiyalarının həyata keçirilməsinə çalışırıq. Vaxtaşırı olaraq müxtəlif universitetlər, məktəblər, eləcə də bir sıra iş yerlərində çalışanlar arasında ağacəkmə və təbiəti mühafizə aksiyaları keçiririk. Hesab edirik ki, iqlim dəyişikliyinə qarşı görüləcək tədbirlər məhz yaşıllaşdırma və yaşıl iqtisadiyyata üstünlük verilməsindən başlamalıdır".

.