Liviyada qan tökülməsinin qarşısını almaq hələ olar, amma buna qədər ölkədə çoxillik münaqişənin həlli üzrə siyasi dialoqu yenidən işə salmaq lazımdır.

Bu sözləri BMT-nin baş katibi Antoniu Quterreş BMT Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə jurnalistlərə söyləyib.

A.Quterreş deyib: "Hələ dayanmaq üçün gec deyil, atəşi və zorakılığı dayandırmaq və ən pisindən - dramatik qan tökülməsindən yayınmaq üçün gec deyil. (Münaqişənin) hərbi həllinin olmadığını, siyasi həllinin olduğunu anlamaq üçün hələ gec deyil".

Baş katib əlavə edib: "Mənim üçün aydındır ki, biz düşmənçilik hərəkətləri tam dayandırılmayınca başlaya biməyəcəyimiz vahid siyasi dialoqa yenidən başlamalıyıq".
.