BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin təsirindən qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.

Bu barədə BMT-nin saytında bildirilib.

Məlumata əsasən, BMT-nin rəhbəri bu yay rekord temperaturların yüzlərlə insanın ölümünə səbəb olmasından sonra bəyanatla çıxış edib. O vurğulayıb ki, ekstremal hava hadisələri artıq adiləşir və artıq nə konkret bölgələr, nə də qısa müddətlərlə məhdudlaşmır.

 

“Anormal temperaturlar artıq bir gün, bir həftə və ya bir ayla məhdudlaşmır. Bölünmüş dünyamızı birləşdirən bir məqam varsa, o da hamımızın istiliyi getdikcə daha çox hiss etməyimizdir”, - deyə bəyanatda deyilir.

.