“Biz insan hüquqları, sülhün və davamlı inkişafın təmini baxımından bütün dünyada təhlükə ilə qarşı-qarşıyayıq”.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş təşkilatın 77-ci sessiyasının açılışında bildirib.

“Münaqişə, iqlim dəyişikliyi, çökən maliyyə sistemi, yoxsulluq, qeyri-bərabərlik, aclıq və nifrət kimi məsələlərin öhdəsindən gəlmək üçün əbədi həmrəylik zəruridir”, deyə baş katib bildirib.

Gələn bazar ertəsindən etibarən dövlət və hökumət başçıları sessiyada çıxış edə biləcək. Britaniya kraliçası 2-ci Elizabetin vəfatı sessiyanın gündəliyinə ciddi təsir etməyib.

Bazar ertəsi günü 90 dövlət və hökumət başçısının iştirakı ilə təhsil zirvəsi keçiriləcək. Baş katib isə sessiyaya görə kraliçanın dəfnində iştirak edə bilməyəcək.

.