Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş 30 iyun - 1 iyul tarixlərində Özbəkistana rəsmi səfər edəcək.

Bu barədə Özbəkistanın Prezident Administrasiyasının rəsmi saytında dərc edilmiş məlumatda deyilir.

Məlumatda deyilir: “Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə iyunun 30-dan iyulun 1-dək Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin ölkəmizə rəsmi səfəri baş tutacaq”.

.