BMT baş katibi Antoniu Quterreş "soyuq müharibə”nin qayıtdığını bəyan edib. APA-nın xəbərinə görə, bu barədə SVT telekanalı məlumat yayıb.

"Aydındır ki, "soyuq müharibə” qayıdıb. Lakin, ABŞ və Rusiya artıq əvvəlki kimi hamıya nəzarət edə bilmir. Yaxın Şərq regionundakı bir çox ölkələr çox fəaldırlar: Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digərləri. Hazırda dünyada iki oxşar və nəzarət olunan blok yoxdur”, - deyə Antoniu Quterreş qeyd edib.

Antoniu Quterreş Təhlükəsizlik Şurasında struktur problemlərin olduğunu da etiraf edib.

Baş katib Təhlükəsizlik Şurasının dünyadakı güc balansını artıq əks etdirmədiyini və müasir reallıqlara cavab vermədiyini qeyd edib.

Quterreş həmçinin bəzi ölkələrin veto hüququndan sui-istifadə etdiyini də vurğulayıb.
.