
Qəzza zolağındakı vəziyyətlə əlaqəsi olan bütün tərəflərin vəzifəsi anklavda döyüş əməliyyatlarının yenidən başlanmasına imkan verməməkdir.
Bunu BMT-nin Baş katibi Antonio Quterriş bildirib.
"Biz Qəzza zolağında böyük faciəyə səbəb olacaq döyüş əməliyyatlarının yenidən başlanmasının qarşısını hər vəchlə almalıyıq. HƏMAS-ı şənbə günü girovların azad edilməsini həyata keçirməyə çağırıram", - baş katib qeyd edib.
A.Quterriş əlavə edib ki, İsrail və HƏMAS atəşkəs razılaşmasının şərtlərində nəzərdə tutulan öhdəliklərinə əməl etməli, Dohada atəşkəsin ikinci mərhələsi ilə bağlı danışıqları bərpa etməlidirlər.
.