“BMT-nin baş katibi Antonio Quterreş Rusiya, Çin, ABŞ, Böyük Britaniya və Fransanın nüvə müharibəsinin yolverilməzliyi ilə bağlı birgə bəyanatını alqışlayır”.

BMT-nin mətbuat xidməti xəbər verir ki, bunu təşkilatın Baş katibi Antonio Quterreşin nümayəndəsi Stefan Düjarrik açqılamasında bildirib.

O əlavə edib ki, Baş katib beş nüvə dövlətinin nüvə müharibəsinin, eləcə də silahlanma yarışının qarşısını almaq üçün birgə bəyanatını alqışlayır.

.