Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Azərbaycana səfər edəcək.

BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, o, "Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.

Miroslav Lajçakın həmçinin Azərbaycan rəsmiləri və BMT-nin ölkə üzrə idarə heyəti ilə görüşləri nəzərdə tutulub.
.