Nyu-Yorkun sabiq meri, milyarder və ABŞ-da 2020-ci il seçki kampaniyasının iştirakçısı Maykl Blumberq ABŞ Prezidenti Donald Trampdan yaxa qurtarmaq üçün bütün pullarını xərclədiyini söyləyib.
Rusiya KİV-i xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Amerikalı sahibkarın sözlərinə görə, onun əsas məqsədi Trampdan yaxa qurtarmaqdır.
"Daha çox, yoxsa az xərcləməyimi istəyirsiniz? Bu yolda bütün pullarımı xərcləyirəm”, - Blumberq deyib.
O, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından iştirak etməyə daha əvvəl başlayıb.
.
