Fevralın 23-də Moody`s Beynəlxalq Reytinq Agentliyi Azərbaycan banklarının aktivlərinin riskə məruz qalması barədə xəbərdarlıq edib.
Bloomberg agentliyinin məlumatına görə, bu qiymətləndirmə iri neft istehsalçısı olan Azərbaycanın fevralın 21-də qəflətən milli valyutanın dollar və avroya nisbətdə məzənnəsini kəskin şəkildə aşağı salmasından sonra yaranıb.
Bununla əlaqədar bazar ertəsi Moody`s Azərbaycan bankları, əsasən Beynəlxalq Bank ASC və VTB ASC ilə bağlı "mənfi proqnozlar” irəli sürüb. Bu addım kredit götürənlərin banklara təzyiqləri səbəbindən aktivlərin keyfiyyətinə mənfi təsir göstərib.
Manatın devalvasiyası əmanətçiləri manat depozitlərini xarici valyutaya çevirməyə sövq edəcək, Moody`s analitikləri hesab edirlər..