ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

Qeyd olunub ki, onlar diplomatik səviyyədə gələcək ikitərəfli əlaqələri müzakirə ediblər və dövlət katibi BMT Baş Assambleyasının açılış həftəsi üçün Ukraynanın planlaşdırdığı tədbirlərə ABŞ-ın dəstəyini təsdiqləyib.

Blinken həmçinin vurğulayıb ki, Vaşinqton Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpasında yardımı davam etdirəcək.

.