ABŞ əsir mübadiləsi məsələsində Rusiya ilə əlaqə saxlayır, lakin bu dialoq müntəzəm aparılmır.
Bu barədə Dövlət Departamentinin rəhbəri Entoni Blinken "Fox News"a müsahibəsində deyib.
“Dialoq qeyri-müntəzəmdir. Biz səfirliyimiz vasitəsilə əlaqə saxlayırıq”, - deyə Blinken bildirib.
O qeyd edib ki, ABŞ Prezidenti Co Bayden və Rusiya lideri Vladimir Putinin razılaşdırdığı kanallar var.
Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirmişdi ki, ABŞ onların Moskvadakı səfirliyinin fəaliyyətini davam etdirməkdə maraqlıdır.
