Vaşinqton administrasiyası Cənubi Koreyada vəziyyətin gələcək inkişafının demokratik normalara uyğun baş verəcəyini gözləyir.
Bunu ABŞ-nin dövlət katibi Entoni Blinken Koreya Respublikasının xarici işlər naziri Ço Te Yöl ilə telefon danışığında deyib.
Blinken Koreya Respublikasında hərbi vəziyyətin tətbiqindən dərin narahatlığını ifadə edib və onun aradan qaldırılmasını alqışlayıb.
Qeyd edək ki, məlumatı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlama ilə yayıb.
.