Bu gün Böyük Britaniyanın Avropa İttifaqındakı taleyi həll olunur.
AzNews.az xəbər verir ki, bu gün Böyük Britaniyada Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmayacağına dair referendum keçiriləcək.
"YouGov” sosioloji xidmətin "The Times” qəzeti üçün apardığı araşdırmanın nəticələrinə əsasən, respondentlərin 51 faizi Böyük Britaniyanın Avropa İttifaqında qalmasının lehinə, 49%-i isə əleyhinə çıxış edirlər.
"TNS” şirkətinin ictimai rəy sorğusu isə 43 faiz britaniyalının ittifaqdan çıxmağın lehinə səs verdiyini, 41 % insanın ittifaqda qalmaq tərəfdarı olduğunu göstərib.
Bu zaman qərarsız və ya səs vermək istəməyən britaniyalıların sayı yüksək olaraq alıb – 16 %.
"ComRes” şirkətinin "Daily Mail” qəzetinin sifarişi ilə aparığı sorğu isə Birləşmiş Krallıqda Avropa İttifaqına üzvlüyün tərəfdarı olan insanların çoxluq təşkil etdiyini göstərib. Belə ki, sorğu nəticəsində 48% əhali ittifaqda qalmaq, 42 faiz isə ittifaqdan ayrılmaq lehinə səs verib.
Qeyd edək ki, sözügedən ümummilli səsvermə Birləşmiş Krallığın tarixində sayca üçüncü olacaq. 1975-ci ildə britaniyalılar Avropa iqtisadi birliyində ölkənin üzvlüyünü dəstəkləmişdilər, 2011-ci ildə isə Böyük Britaniyada seçki sisteminin dəyişdirilməsilə bağlı ümummilli səsvermə keçirilib.
