ABŞ-ın birinci xanımı Melanya Tramp Xorvatiyada Amerika institutuna bir sutka vaxt verib ki, onun şəkili Zaqrebin küçələrində yerləşdirilmiş bilbordlardan yığışdırıısın. Bu haqda RTL telekanalı məlumat yayıb.
İngilis dilinin populyarlaşması üçün Amerika institutu Ağ Ev başçısının arvadının şəkilindən istifadə etməklə reklam kampaniyası aparır.
"Xanım Tramp hiddətlənib, o, 24 saat ərzində plakatların küçələrdən çıxarılmasını tələb edir, əks halda məhkəmə iddiası qaldırılacaq", – deyə melaniya Trampın vəkili Nataşa Pirs Musar RTL telekanalına bildirib. "Qanunla, ticarət məqsədilə insanın şəklini, əgər bu insanın razılığı yoxdursa heç kim istifadə edə bilməz", – vəkil qeyd edib.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Xorvatiyanın paytaxt küçələrini Melanya Trampın ABŞ bayrağının fonunda mikrofonla təsvirləri olan çoxsaylı bilbordlar bürüdü. Fotolarda sloqan belədir: "Təsəvvür edin, ingilis dilini bilməklə siz, nə qədər uzağa gedə bilərsiniz!". Reklam kampaniyasını yaradan Xorvatiyada ingilis dilinin populyarlaşması ilə məşğul olan Zaqreb Amerika İnstitutu olub.
