"New York Times”in jurnalisti Ceykob Bernştayn ABŞ-ın birinci ledisi Melanya Trampdan əvvəl ona "fahişə” deyərək təhqir etdiyinə görə üzr istəyib. 

"Mən səhvə yol verdiyimi etiraf edirəm”, - PRESSDAY.az xarici mediaya istinadən xəbər verir ki, jurnalist özünün Twitter səhifəsində yazıb.

Onun sözlərinə görə, bunu şəxsi söhbətdə deyib və fikrinin açıqlanacağını düşünməyib: "Bununla belə, etiraf edirəm ki, birinci ledini təhqir etməklə bağışlanılmaz səhvə yol vermişəm”.

İnsident fevralın 12-də Nyu-Yorkda keçirilən Moda həftəsində baş verib. 
.