Ötən il müxtəlif yerlərə "partlayıcı qurğu" qoyulması ilə bağlı Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinə 31 məlumat daxil olub.
Bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib.
Qeyd edilib ki, 2022-ci ildə körpülərə, ticarət mərkəzlərinə, yanacaqdoldurma məntəqələrinə, inzibati binaların girişinə "partlayıcı qurğu" qoyulması barədə DİN və FHN-ə daxil olmuş 31 məlumatın hər birinə operativ reaksiya verilib.
.