
Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yanğın səbəbindən Ziya Bünyadov və Atatürk prospektləri, Cəfər Xəndan, Əcəmi Naxçivani küçələrindən Səttar Bəhlulzadə, Ağasadıq Gəraybəyli küçələri istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən tədbirlər görülür.
.