Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri illərdir evlərində dustaq olublar, evindən çıxan isə qayıda bilmir.

Baku.ws xəbər verir ki, "Daş bazarı” adlanan ərazidə yaşayan sakinlər yol və kanalizasiya problemlərindən əziyyət çəkirlər. Havanın yağmurlu olması bir yana, kanalizasiya suyu da yolu tamam kəsib.

Sakinlərin dediyinə görə, hətta yük maşını belə yoldan keçməkdə çətinlik çəkir. Qəsəbədə üfunət qoxusundan burun tutulur. Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinə, Binəqədi bələdiyyəsinə müraciət olunsa da, problemin həlli bir yana, heç maraqlanan da olmayıb.

Halbuki Binəqədi rayon icra başçısı Xaləddin İbrahimovun 2014-cü ilin 19 iyununda imzaladığı sərəncama əsasən, "Təmiz Binəqədi” layihəsinə start verilib. Layihəyə əsasən, qısa müddətdə Binəqədinin bütün problemləri öz həllini tapmalı, küçə və prospektləri abadlaşdırılmalı, su və kanalizasiya xətləri yenilənməli idi. Amma görünən odur ki, Xaləddin İbrahimovun sərəncamı sadəcə kağız üzərində qalıb. Binəqədinin bəzi yerləri isə gündən-günə xarabalığa çevrilir.

Qəsəbə sakinlərinin lentə aldığı kadrları təqdim edirik:


.