Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun barəsində şəxsi zəmində baş vermiş məişət hadisəsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlarla əlaqədar bildiririk ki, aidiyyəti üzrə müvafiq araşdırmalar aparıldıqdan sonra nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu barədə Binəqədi Rayon Məhkəməsinin hakim Zamiq Bağırovla bağlı yaydığı məlumatda bildirilib.
“Həmçinin, ictimaiyyəti və media nümayəndələrini həqiqətə uyğun olmayan, təqibedici, dəqiqləşdirilməmiş, hakimin və məhkəmə hakimiyyətinin nüfuzuna zərbə vura biləcək, eləcə də şəxsin icazəsi olmadan ona məxsus fərdi məlumatları yaymamağa çağırırıq”, - qeyd olunub.
Xatırladaq ki, Binəqədi Rayon Məhkəməsinin hakimi Zamiq Bağırovun Bakıda yaşayış kompleksində liftin idarəetmə lövhəsindəki hissəni qırmasını əks etdirən görüntülər yayılıb.
.