Türkiyə "dollar böhranı"ndan da uğurla çıxacaq.

Bunu Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri Binəli Yıldırım deyib.

Spiker bildirib: "Millətimiz oyunu gördü. Öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur. Bu böhrandan uğurla çıxacağıq".

Qeyd edək ki, hazırda 1 ABŞ dolları 6,63 türk lirəsinə bərabərdir.
.