“Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb. 

CNET-in yaydığı xəbərə görə, Qeyts verdiyi açıqlamada dünyanın varlı ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib. 

O bildirib ki, koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll ediləcək. 

Milyarder qeyd edib ki, qalan ölkələrdə isə bu bəla 2022-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.

.