Bu səhər Biləsuvar rayonunda 2 nəfərin ölümü, 13 nəfərin yaralanması ilə nəticələnən hadisəsi baş verib.

Hadisə köhnə Ələt Astara avtomobil yolunun, Biləsuvar rayonunun Xırmandalı - Hacıqışlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“BMW” markalı avtomobillə “Mercedes” markalı mikroavtobus toqquşub. Hadisə yerində 2 nəfər dünyasını dəyişib, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır. Əlavə məlumat veriləcək.

.