Biləsuvar rayonunda həkimə hədə-qorxu gəlinib.

Hadisə Biləsuvarda yerləşən Cəbrayıl Mərkəzi Rayon Xəstəxanasında qeydə alınıb.

Xəstəxananın uşaq həkimi, Cəbrayıl rayonundan olan məcburi köçkün Eldar Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək tanışı Raqib Həsənovun ona hədə-qorxu gələrək 1850 manat pulunu aldığını bildirib. 

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işi başlanıb.

.