Biləsuvar rayonunda güllələnmə olub.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Günəşli kəndində baş verib.
Belə ki, həmin kəndin sakini qohumu tərəfindən güllələnərək öldürülüb.
Öldürülən şəxsin adı açıqlanıb.
Bu, 2010-cu il təvəllüdlü Qasımova Səbinə Elşən qızıdır. Onu qohumu 2008-ci il təvəllüdlü Gözəlov Bəxtiyar Rafiq oğlu ov tüfəngi ilə güllələyərək öldürüb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
.
