Biləsuvar rayonunda 3 bal gücündə zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 kilometr şimalda, Biləsuvar rayonunda qeydə alınıb. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

.