Gürcüstan hakimiyyəti oktyabrın 26-na təyin edilmiş parlament seçkilərində qalib gəldikdən sonra 2008-ci ildə osetinlərlə gürcülər arasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili və onun “Vahid Milli Hərəkat” partiyasının kənardan sifarişlə başlatdığı müharibəyə görə üzr istəməyə özündə güc tapacaq.

Bunu hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Qori şəhərində keçirilən seçki mitinqində deyib.

Onun çıxışı Gürcüstan telekanalları tərəfindən yayımlanıb.

Siyasətçi çıxışında təkrar edib ki, Saakaşvilinin partiyasını 2008-ci il müharibəsini başlatdığına görə məsuliyyətə cəlb etmək üçün hakim partiya yeni çağırış parlamentdə konstitusiya çoxluğunu əldə etməlidir.
 

.