Azərbaycanda oktyabrın 14-ü saat 10:00-a olan məlumata əsasən hava şəraiti qeyri-sabit, yağıntılı keçir, bəzi yerlərdə leysan xarakterli intensivdir.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəran, Lerikdə 17 mm, Oğuzda 14 mm, Zaqatala, Qəbələdə 11 mm, Goranboy, Naftalanda 9 mm, Tərtər, Balakən, Yevlax, Gədəbəydə 8 mm, Xaltan, Mingəçevir, Bərdə, Qax, Şəkidə 6 mm, Ağdam, Altıağac, Göyçay, Beyləqan, Kürdəmir, İsmayıllı, Ağsu, Qobustanda 2 mm, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Zərdab, Qrız, Şahdağ, Quba, Qusar, Şabran, Astara, Göygöl, Şamaxı, Şəmkir, Gəncə, Ceyrançöl, Tovuz, Daşkəsən, Xaçmaz, Sədərək, Şahbuz, Naxçıvanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında: Binədə 3 mm, Maştağada 2 mm, Bakı, Pirallahıda 1 mm-dək olub.

Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Balakən, Şəki, Qax, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şahdağ, Yevlax, Göyçay, Neftçalada duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 11, Aran rayonlarında 14, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.

.