"Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 500 nömrəli Qərarında dəyişik edilməsi ilə bir sıra məhsullar üzrə qüvvədə olan idxal gömrük rüsumlarının dərəcələrinin 2025-ci ildə bitməsinə görə (bəzi malların idxal gömrük rüsumundan azadolmalar, bəzi məhsullar üzrə isə spesifik idxal və ixrac gömrük rüsumlarının tətbiqi) həmin rüsum dərəcələrinin qüvvədə olma müddətinin uzadılması nəzərdə tutulur. Qərardakı mal qrupları ət məhsulları, süd məhsulları, tərəvəz, meyvə, meyvə və tərəvəz şirəsi, meyvəli içkilər, tütün, dəri məhsulları, tikinti materialları (alçıpan, daş yunu), hava filtri, keramika məhsulları və s. əhatə edir.
Azərbaycandan gön ixracına tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb
Azərbaycandan ixrac edilən gönlərə ( iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının) tətbiq edilən gömrük rüsumu 2 dəfə azaldılıb.
Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.
