Tanınmış amerikalı ifaçı Beyons reper Jay-Z ilə evliliyinin 13-cü ildönümünü qeyd etdiyi Las-Veqasdan yeni fotolarını paylaşıb.

Pop-ulduzun “Instagram” hesabında paylaşılan fotoda onun əynində “Area” brendindən ağ şalvar dəsti olub.

Şəkillər sosial şəbəkənin xüsusilə rusdilli  istifadəçiləri tərəfindən böyük müzakirələrə səbəb olub.  Belə ki, ifaçının geyimini bəzəyən qızıl zəncirli bəzəyin üzərində kiril hərfləri ilə “Ploşad” (Meydan) yazılmışdı.

Şərhlərdə rusdilli auditoriya buna aid Qırmızı Meydan barədə sui-qəsd  nəzəriyyələrindən tutmuş Rusiya turu, yaxud da yeni albomunun adına kimi ən müxtəlif izahlar veriblər.

Cavab isə əslində çox sadə imiş. “Area” brendi kostyumu markanın müxtəlif dillərdə tərcüməsi ilə bəzəməyə qərar verib. “Area” sözü ingilis dilindən “sahə” və hətta “region” kimi tərcümə olunur, “meydan” isə loqotipin uğursuz tərcümə cəhdi olub.

 

.