Beynəlxalq, regional, dövlətlərarası və xarici dövlətlərin standartlarının Azərbaycan Respublikasının ərazisində tətbiqi Qaydaları təsdiq edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Beynəlxalq standartın dövlət standartı kimi qəbul edilməsi əsasları aşağıdakılardır:
- standartlaşdırma obyektlərinə dair qüvvədə olan dövlət standartının olmaması və ya mövcud dövlət standartının beynəlxalq standartlarla ziddiyyət təşkil
etməsi;
- Azərbaycan Respublikasının standartlaşdırma üzrə beynəlxalq və regional təşkilatlarda üzvlüyü;
- müvafiq beynəlxalq standartın qəbulu və ölkədə tətbiqi üzrə öhdəliklərin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit
olunması.
- Dövlət standartı kimi qəbul edilən beynəlxalq standartlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarına və qüvvədə olan texniki reqlamentlərlə
müəyyən edilmiş tələblərə zidd olmamalıdır.
Beynəlxalq standart müəlliflik hüquqlarının qorunması ilə əldə olunmalı, müvafiq beynəlxalq standartın orijinal nüsxəsinin birbaşa dövlət standartı kimi qəbul edilməsi istisna olmaqla, rəsmi nəşrlər
əsasında tərcümə edilməlidir. Beynəlxalq standartların tərcüməsini maraqlı tərəflər və müraciəti təqdim edən texniki komitə təmin edir və onun autentikliyi milli
standartlaşdırma qurumu tərəfindən təsdiq olunur.
Təsərrüfat subyektləri tərəfindən standartların rəsmi nəşri müvafiq qaydada milli standartlaşdırma qurumuna təqdim olunmadıqda onların tətbiqinə icazə verilmir.
.
